Küçə ortasında kəmər dava:1 nəfər bıçaqlanaraq yaralandı! (Video İzlə)

Küçə ortasında kəmər dava:1 nəfər bıçaqlanaraq yaralandı! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

İyunun 9-da Türkiyənin Çankırı şəhərində şəxslər arasında mübahisə davaya çevrilib. Hadisə Aksu Mahallesi Kastamonu Caddesi ərazisində baş verib.

Məlumata görə, aralarında əvvəlcədən gərginlik olan T.Ç., A.Ç. və T.D. adlı şəxslər arasında mübahisə yaranıb. Qısa müddətdə mübahisə davaya çevrilib və tərəflər bir-birinə kəmər və bıçaqla hücum ediblər.

Dava zamanı T.D. adlı şəxs T.Ç.-ni qarın və ayaq nahiyəsindən yaralayıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. T.D. isə polis tərəfindən saxlanılıb.

Hadisə anı ətrafdakı vətəndaşlar tərəfindən telefonla qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − three =