Küçədə boğazı kəsilmiş kişi meyiti tapılıb
Abşeronda küçədə meyit tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xırdalan şəhərində 47 yaşlı kişinin meyiti boğazı kəsilmiş vəziyyətdə aşkar edilib. Meyit hadisə yerindən götürülərək adiyyatı üzrə təhvil verilib. Onun qətlə yetirildiyi deyilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, 1975-cil təvəllüdlü Hüseyn Pərişaninin üzərində xəsarəti olan meyitinin Abşeron rayonu ərazisində aşkar edilməsi faktı ilə bağlı Abşeron rayon Prokurorluğunda araşdırılma aparılır.
BAKU.WS