Kür çayının 53 kilometrdən artıq sahəsi sintetik torlardan təmizlənib

Kür çayının 53 kilometrdən artıq sahəsi sintetik torlardan təmizlənib

“Təmiz hövzələr” aksiyası Kür çayında davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti tədbir Kür çayının Bərdə və Ağcabədi rayonları ərazisindən keçən hissəsində baş tutub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə, görə aksiyada Kür çayının 53 kilometrdən artıq sahəsi sintetik torlardan təmizlənib: “Məqsəd ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, sivil balıq ovunu təşviq etmək, brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə balıq ehtiyatlarının çoxalmasına nail olmaqdır”.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 2 =