Kürdə suyun səviyyəsi artıb
Kür Qıraqkəsəmən müşahidə məntəqəsinin bu günə olan məlumatına əsasən, çayda suyun səviyyəsi 391 sm-dir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, dünənki müşahidə ilə müqayisədə 44 sm artım var.
BAKU.WS