Kürdəmir sakinində silah aşkarlanıb
Kürdəmir rayon sakinindən silah götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Pirili kənd sakini M.Zeynalovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Din.gov.az