Kürdüstan Bölgəsi Mossad qərargahı ilə bağlı araşdırmalara mane olur
İraqın “Qanunun aliliyi” koalisiyasının üzvü deyib: “Ərbil hakimiyyəti şəhərdə Mossad qərargahının mövcudluğu ilə bağlı real və şəffaf araşdırmanın qarşısını alır.”
İraqın “Qanunun aliliyi” koalisiyasının üzvü Turki Əl-Cədaan cümə günü Mossad-ın Ərbildəki qərargahında aparılan araşdırma zamanı kürd regional rəsmilərinin təxribatını ifşa edib.
Məlumata görə, “Qanunun aliliyi” koalisiyasının üzvü sionist rejimin kəşfiyyat xidmətinin Ərbildə məxfi qərargahının olduğunu bildirib.
Hazırda Ərbil və Tel-Əviv arasında əməkdaşlıq mövcuddur və İraq nefti Kürdüstan vasitəsilə sionist rejimə satılır.
İraqlı rəsmi əlavə edib: “Mossad-ın qərargahına raket hücumu çox təhlükəli bir hadisənin (Mossad-ın Ərbildəki qərargahının mövcudluğunun) diqqət mərkəzində olmasına səbəb oldu. Bu qərargahların mövcudluğu İraq üçün təhlükədir.
O deyib: “Hələ indi də Kürdüstan bölgəsinin rəsmiləri Mossad-ın Ərbildəki məxfi qərargahının mövcudluğu ilə bağlı şəffaf və real təhqiqatın qarşısını almaq üçün hər cür səy göstərirlər.”