Küveyt Parlamenti İsraillə əlaqələri qadağan edən qanun layihəsini təsdiqləyib

Küveyt Parlamenti İsraillə əlaqələri qadağan edən qanun layihəsini təsdiqləyib

Küveytin Parlamenti ilkin səsvermədə İsraillə münasibətləri yaratmağı qadağan edən qanun layihəsini təsdiqləyib.

Bildirlib ki, iki həftə öncə müzakirəyə çıxarılan qanun layihəsi ilkin mərhələdə yekdilliklə qəbul edilib.

Ekspertlər bildirir ki, bu qanun layihəsinin Küveytdə təsdiq edilməsi digər ərəb dövlətlərinə də təsir göstərə və son illərdə İsraillə ərəblərin əlaqələrinin normallaşdırılması və rəsmiləşdirilməsinə mane ola bilər.

Qeyd edək ki, ötən il ABŞ-ın təzyiqi və təşviqi ilə dörd ərəb dövləti yəni BƏƏ, Bəhreyn, Mərakeş və Sudan İsraillə əlaqələri normallaşdırıb və rəsmiləşdiriblər.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =