Küveyt Trampın İsraillə münasibət təklifini rədd etdi
Küveyt hökuməti ABŞ prezidenti Donald Trampın İsraillə münasibətləri normallaşdırmaq təklifini rəsmi şəkildə rədd edib.
“Fələstin problemi ərəb və müsəlman gündəliyinin mərkəzi problemidir. Onun ədalətli və hərtərəfli həlli müstəqil Fələstin dövlətinin yaradılmasını, işğalın dayandırılması və qaçqınların geri qayıtmasını nəzərdə tutur”, – deyə bildirilib.
Xatırladaq ki, bir müddət öncə BƏƏ və Bəhreyn İsrail ilə münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar. Bu razılıqda vasitəçi qismində isə ABŞ çıxış edib. Adıçəkilən ölkələrin qərarı müsəlman aləmində etirazlara səbəb olub.