Küveytdə neft sızdı – Fövqəladə vəziyyət elan edildi
Küveytin “Kuwait Oil Company” (KOCKW) şirkəti ölkənin qərbində baş verən neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə şirkətin tvitter səhifəsində bildirilib.
Şirkətin mətbuat katibi Husay Əl-Həmərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, qəza yerində zəhərli qazların təhlükəli konsentrasiyası aşkar edilməyib.
Neft hasilatının adi rejimdə davam etdirildiyi bildirilir. Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, Küveyt OPEC-ə üzv ölkələr arasında ən böyük neft istehsalçısından biridir.
BAKU.WS