Küveytin Suveren Fondu “Mercedes”in səhmlərini satmağı planlaşdırır

Küveytin Suveren Fondu “Mercedes”in səhmlərini satmağı planlaşdırır

Küveytin Suveren Fondu olan “Kuwait Investment Authority” (KIA) Almaniya avtomobil istehsalçısı “Mercedes-Benz Group AG”dəki səhmlərinin təxminən dörddə birini satmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Fond hər səhm üçün 69,27 avro, yəni cəmi 1,385 milyard avro hədəf qiymətlə təxminən 20 milyon səhm satmağı planlaşdırır.

Satışdan sonra KIA Almaniya şirkətinin təxminən 53 milyon səhminin sahibi olaraq qalacaq. Fond hazırda 6,8% payla “Mercedes”in üçüncü ən böyük səhmdarı olub.

Çərşənbə axşamı ticarəti əsasında “Mercedes”in səhmləri 0,6% bahalaşaraq bir səhm üçün 71,89 avro təşkil edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 20 =