KXDR ABŞ-ın istənilən hərbi əməliyyatına “ən sərt şəkildə cavab” verəcəyini vəd edib

KXDR ABŞ-ın istənilən hərbi əməliyyatına “ən sərt şəkildə cavab” verəcəyini vəd edib

Şimali Koreya Xarici İşlər Nazirliyi əmin edib ki, KXDR Amerika Birləşmiş Ştatlarının istənilən hərbi əməliyyatına “ən sərt cavabı” verəcək.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət ABŞ-a görə “qırmızı xətt”ə çatıb.

Şimali Koreya “nüvə bombasınə qarşı nüvə bombası” prinsipi ilə fəaliyyət göstərəcək”, – Xarici İşlər Nazirliyi bildirib.

Həmçinin qeyd olunur ki, KXDR-in ABŞ və onun müttəfiqlərinə qarşı dəqiq strategiyası var. Xarici İşlər Nazirliyində qeyd edilib ki, Vaşinqton düşmənçilik siyasətini davam etdirdiyi müddətdə dialoqdan söhbət gedə bilməz.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =