KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

KXDR Xarici İşlər Nazirliyindən bildirilib ki, raket sınağı ölkənin müdafiəsini gücləndirmək üçün həyata keçirilib, bu hərəkət ABŞ-a qarşı yönəlməyib.
“Son sınaq zamanı ABŞ haqqında düşünmədik və ya onlara qarşı addımlar atmadıq, bu, yalnız ölkənin müdafiəsi üçün planlaşdırılmış bir hərəkətdir”, açıqlamada deyilir.
Diplomatlar qeyd ediblər ki, bu addım “heç bir konkret dövlətə və ya qüvvəyə qarşı” yönəlməyib.
“Raket buraxılışının məqsədi müharibənin qarşısını almaq və suveren hüquqları qorumaqdır”, nazirlikdən deyilib.
Salamnews