Lənkəran sakinləri Şuşanın azad olunmasını qeyd etdilər
Lənkəran sakinləri Şuşanın işğaldan azad olunmasını böyük sevinc və coşqu ilə qeyd ediblər.
“Report”un Cənub Mərkəzinin məlumatına görə, sakinlər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətindən sonra Lənkəran şəhərinin mərkəzində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıb, müxtəlif şüarlar səsləndiriblər.
Lənkəranlılar “Qarabağ Azərbaycandır”, Qarabağ bizimdir, bizim olacaq”, “Şuşa musiqimizin beşiyidir” şuarlarını səsləndiriblər.
Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında olan ərazilərimizin tarixini yenidən yazır.