Lənkərana istirahətə gedən məzun çayda boğulub
Lənkəranda məzun ehtiyatsızlıqdan çayda boğulub.
APA-nın cənub bürosu xəbər verir ki, hadisə Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində baş verib. Masallı rayon Mollaoba kənd məktəbinin məzunları istirahət üçün getdikləri məkanda bədbəxt hadisə ilə üzləşiblər. Masallı rayon Mollaoba kənd sakini, 2004-cü il təvəllüdlü Məhəmmədəli Yasin oğlu Əzizlinin ehtiyatsızlıqdan ayağı sürüşüb və həmin məkandan keçən çaya düşərək boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Apa.az