Laçın postunda ermənilər üçün pasport və rüsum tələbi -Bakıdan daha bir GEDİŞ – VİDEO

Laçın postunda ermənilər üçün pasport və rüsum tələbi -Bakıdan daha bir GEDİŞ – VİDEO



Birincisi, Ermənilərin Azərbaycan pasportuna sahib olması reallaşa bilər: Qarabağdakı ermənilər ya qondarma “pasport” daşıyır, ya da Ermənistan pasportu, bundan sonra onların Ermənistana gedişinə icazə verilsə də, geri qayıtmaq istəyənlərdən Azərbaycan pasportu tələb olunacaq; eyni zamanda, qondarma “pasport” daşıyanların çıxışı üçün də Azərbaycan pasportu tələb oluna bilər. Ki, bu yaxın dövrdə Azərbaycan pasportlarının Xankəndidə görünəcəyi gözləntisini artırır;



İkincisi, Bakı humanitar yüklərin Qarabağa daşınmasına bütün şəraiti yaradır, hərçənd, gömrükçülərin posta çıxması daşınan yüklərdən rüsumun alınacağı gözləntisini də gündəmə gətirir: Ermənistandan gələn yüklərə rüsum qoyan Azərbaycan bundan sonra Xankəndidəki erməni əhalisinin ehtiyacının təminatı ilə bağlı proqramını təqdim edəcək;


Artıq proses bu istiqamətdə gedir. Ermənilərin ilk dövrdə bunu etirazla qarşılayacağı aydındır, lakin buna məcbur olacaqlar və əhalini tədricən buna sövq edəcək. Və kənar güclərin Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı heç bir təsir edə bilməməsi Bakının pasport və rüsum gedişinə də mane ola bilməyəcəkləri deməkdir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + eleven =