Laçında əsgərlərlə görüş keçirilib

Laçında əsgərlərlə görüş keçirilib

İllik fəaliyyət planına uyğun olaraq hərbi qulluqçuların döyüş əzminin artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təbliğat və təşviqat qrupu Laçın rayonunda yerləşən hərbi hissələrin şəxsi heyəti ilə tədbirlər həyata keçirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, eləcə də səsyayma stansiyası vasitəsi ilə döyüş və hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Mod.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 10 =