Laçında təxribat olub? – MN-dən açıqlama
Publika.az xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.
“Bölmələrimiz hər zaman istənilən təxribatın qarşısını almağa hazırdır. Təbii ki, biz təxribat deyəndə minaları nəzərə almırıq. Çünki biz bilirik ki, Laçın rayonu ərazisində çoxlu sayda minalar basdırılıb. Bunlar da mütəmadi olaraq aşkarlanır və utilizasiya edilir”, – MN rəsmisi qeyd edib.
Publika.az