Lapid: Netanyahunun kabineti olduğu zamana qədər müharibə davam edəcək
Sionist rejim müxalifətinin lideri İsrailin hazırkı kabinetinin olduğu sürəcə müharibənin davam edəcəyini vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Yair Lapid dünən X sosial media hesabında (4 sentyabr) baş nazir Benyamin Netanyahu kabinetinin siyasətlərini tənqidlə Qəzzada müharibənin dayandırılmasının vacibliyini vurğulayaraq yazıb: İsrail bu müharibəni öz şərtlərinə uyğun son qoymalıdır. Qəzzada müharibənin başa çatması təhlükəsizlik, iqtisadiyyat və siyasət baxımından İsrail üçün faydalıdır.
Lapid həmçinin vurğulayıb: Nə qədər ki, bu kabinet vəzifədədir, sülh olmayacaq, müharibə davam edəcək. Çünki bu kabinetin sülh barədə heç bir anlayışı yoxdur.
Xatırladaq ki, sionist rejimin Qəzza zolağına hücumları təxminən 11 ay əvvəl başlayıb və hələ də davam edir.