Lapid Netanyahuya: Sən yalnız özünü və oğlunu düşünürsən!

Lapid Netanyahuya: Sən yalnız özünü və oğlunu düşünürsən!

Sionist rejimin Knessetində müxalifət koalisiyasının rəhbəri baş naziri sionist məhbusların vəziyyətinə biganəliyinə görə tənqid edərək  onun yalnız özünü və oğlunu düşündüyünü deyib.

İRNA-nın verdiyi məlumata görə, “Yair Lapid” bu gün (17 iyul) Knessetin iclasında Benyamin Netanyahunu bir daha tənqid atəşinə tutaraq deyib: Siz qurban deyilsiniz və Qəzza zolağındakı bütün əsgərlər sizdən daha çox risk altındadır. Bu gün siz Knessetdəki çıxışınızda Qəzza zolağındakı israilli məhbuslar haqqında bircə kəlmə də danışmadınız.

Knessetdəki müxalifət koalisiyasının lideri əlavə edib: Sizdən istefa vermənizi xahiş edirəm və əminəm ki, israillilərin çoxu buna sevinəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − three =