Lavrov ABŞ-ın Əfqanıstandakı missiyasının uğursuz olduğunu açıqlayıb

Lavrov ABŞ-ın Əfqanıstandakı missiyasının uğursuz olduğunu açıqlayıb

ABŞ faktiki olaraq məğlubiyyətini etiraf edərək qoşunlarını Əfqanıstandan çıxarır.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlayıb.

“ABŞ sadəcə əsgərlərini Əfqanıstandan çıxarmır – faktiki olaraq missiyasının uğursuz olduğunu etiraf edərək onları geri çəkir”, Uzaq Şərq Federal Universitetində çıxışında Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ hərbi kontingentinin geri çəkilməsi fonunda Əfqanıstanda terror hücumları təhlükəsi artır. Lavrov bildirib ki, bu Əfqanıstan hökumətinin müvafiq razılaşma əldə edilsə də keçid hökuməti qurmaq istəməməsi ilə bağlıdır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =