Lavrov ABŞ-ın cavabının detallarından danışdı – Video

Lavrov ABŞ-ın cavabının detallarından danışdı – Video

“Bu sənəddə əsas məsələ ilə bağlı müsbət reaksiya yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonun Moskvanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə cavabını şərh edərkən deyib.

“Əsas məsələ NATO-nun Şərqdə daha da genişlənməsinin və zərbə silahlarının yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı dəqiq mövqeyimizdir”, – deyə Lavrov söyləyib.

Həmçinin Lavrov qeyd edib ki, ABŞ-ın reaksiyası ikinci dərəcəli mövzular üzrə ciddi danışıqlara başlamağa ümid etməyə imkan verir.

O, ictimaiyyətin tezliklə ABŞ-ın təhlükəsizliklə bağlı cavabının məzmunu barədə məlumat əldə edəcəyinə ümid etdiyini vurğulayıb.

Lavrov həmçinin əlavə edib ki, Rusiya XİN idarələrarası razılaşmadan sonra Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ABŞ və NATO-nun cavablarının məzmunu barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verəcək və növbəti addımlar barədə qərarı o verəcək.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + fifteen =