Lavrov: Amerika Yaxın Şərqə silah göndərməklə münaqişələri gücləndirir

Lavrov: Amerika Yaxın Şərqə silah göndərməklə münaqişələri gücləndirir

Rusiya Xarici İşlər naziri bazar ertəsi Tehranda keçirdiyi mətbuat konfransında ABŞ-ın bölgəyə silah göndərməsinin münaqişələri daha da gücləndirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bazar ertəsi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-ın Yaxın Şərqə silah göndərməsi münaqişələri intensivləşdirəcək.

Tehranda 3+3 görüşündən sonra keçirilən mətbuat konfransında o, əlavə edib:

 “Amerika donanmasının Yaxın Şərqdəki münaqişə zonasına göndərilməsi kimi hərəkətlər nə qədər çox olarsa, münaqişənin yayılma ehtimalı bir o qədər çox olar”.

Rusiyanın Xarici İşlər naziri daha sonra deyib: “Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi demək olar ki, 85% tamamlanıb.

Bəzi konkret məsələlər var ki, biz fəal şəkildə danışıqlar aparırıq və yeni böyük sazişin hazırlanması qabaqcıl mərhələdədir, onun 85 faizi artıq razılaşdırılıb.”

Bu gün (23 oktyabr) Tehranda İran, Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə Xarici İşlər nazirlərinin iştirakı ilə 3+3 regional formatında xarici işlər nazirlərinin ilk görüşü İran İslam Respublikasının Xarici İşlər Nazirliyində Hüseyn Əmir Abdullahiyanın ev sahibliyi ilə keçirilib.

Bu bəyanatda beş ölkənin Xarici İşlər nazirləri regionun bütün ölkələri arasında mövcud münasibətlərin normallaşması və inkişafı proseslərini alqışlayıblar.

Tehranda keçirilən görüşdə iştirak edənlər 3+3 regional mexanizminin müntəzəm iclaslarını dəyərləndirərkən, regionda etimad və əməkdaşlıq mühitinin genişləndirilməsi barədə növbəti görüşün diplomatik kanallarla koordinasiya ediləcək bir tarixdə Türkiyə Respublikasında keçirilməsi haqda razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =