Lavrov: Rusiya ABŞ-la ciddi danışıqlardan imtina etmir

Lavrov: Rusiya ABŞ-la ciddi danışıqlardan imtina etmir

Rusiya ABŞ-la ciddi danışıqlardan imtina etmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

ABŞ dövlət katibi Entoni Blinkenlə aprelin 24-də Nyu-Yorkda BMT Baş Qərargahında görüşün keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında Lavrov ölkəsinin ciddi danışıqlar təklifindən imtina etmədiyini dəfələrlə açıqladığını qeyd edib:

“Baxın, Blinken G20 XİN başçılarının görüşündə ayaqüstü görüşlə bağlı xahiş etmişdi. Biz ayaqüstü görüşdük. Mən həmkarımın nə dediyini dinlədim. Vəziyyət bundan ibarətdir. Bizim mövqeyimiz dəyişməzdir. Biz ciddi söhbət haqqında bütün təkliflərə baxmağa hazırıq”.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =