Lavrov Stoltenberqin Ukrayna ilə bağlı açıqlamasına cavab verib
Əgər NATO Ukraynadakı münaqişənin dondurulmasına qarşıdırsa, o zaman qoy döyüşsünlər. Rusiya buna hazırdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Əgər NATO Stoltenberq vasitəsilə bir daha bəyan edirsə ki, onlar Ukraynadakı münaqişənin, necə deyərlər, dondurulmasının əleyhinədirlər, deməli, döyüşmək istəyirlər. Yaxşı, qoy döyüşsünlər!”- Lavrov NATO-nun Baş katibi Yens Stoltenberq “NATO Ukrayna münaqişəsinin dondurulmasına və Rusiyanın şərtləri ilə sülhə razı deyil” açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya buna hazırdır. Lavrov qeyd edib ki, Moskva NATO-nun Ukrayna ətrafında yaranmış vəziyyətdə Kiyevdəki çevrilişdən sonra uzun illər formalaşmış məqsədlərini çoxdan anlayıb.
Apa.az