Lavrovla danışdım, yaxın günlərdə yaxşı xəbərlər gözləyirik – Çavuşoğlu ELAN ETDİ

Lavrovla danışdım, yaxın günlərdə yaxşı xəbərlər gözləyirik – Çavuşoğlu ELAN ETDİ

Publika.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Dünən gecə yarısı Sergey Lavrov mənə zəng etdi. Vəziyyət get-gedə yaxşılaşır. Bu gün və ya sabah şad xəbər gözləyirik. Atəşkəsin davamlı olması üçün səylər göstərilir. Öyrəndik ki, vətəndaşlarımızın məsciddə yemək-içmək qıtlığı yoxdur.

Mülki şəxslərin də çıxarılması üçün səylər göstərilir. Biz bu tədbirlərimizi davam etdirəcəyik. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Dostlarımız bu gün yenidən vətəndaşlarımızın təxliyəsi üçün çalışırlar. Lvovdan 2 avtobusun yola düşməsini gözləyirik. Daha 1 avtobus Odessadan yola düşəcək. Vətəndaşlarımızın Mariupoldan təxliyəsi üçün şərait yaradılır. Azərbaycanlı qardaşlarımızın təxliyəsi ilə bağlı da əvvəldən məlumat vermişdik” – Çavuşoğlu qeyd edib.

Nazir əlavə edib ki, 14 800-dən çox Türkiyə vətəndaşı Ukraynadan təxliyə edilib. Hazırda 350-yə yaxın türk oradadır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =