Lavrovun gəlişi: Moskva Bakıdan nə istəyir?
Hazırda Rusiya üçün Cənubi Qafqazda iki risk yaranıb:
Birincisi, Ermənistanın Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi siyasi balansa və rusların maraqlarına risklər yaradıb;
İkincisi, Qərb Bakı-İrəvan münasibətlərində vasitəçiliyini xüsusilə Ermənistan üzərindən aktivləşdirir;
Bu vəziyyətdə Moskva Bakıya həm bölgədə, həm də “vasitəçilik missiyası”nda balansı qoruya biləcək həlledici oyunçu olaraq baxır. Lavrovun səfəri də Rusiya üçün yaranmış riskləri yerində müzakirə etmək məqsədi daşıyır. Hərçənd, Moskva üçtərəfli razılaşmaların icrasında ən azı praktiki addım atmalı və balansı qoruması üçün Bakıya nəsə verməlidir.
Publika.az