Lerikin icra başçısı Ağsuya göndərildi
Azərbaycan Prezidenti İlham Əliyev Rövşən Elmidar oğlu Bağırovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev ötən ilin noyabrında koronavirusdan vəfat etmişdi.
Qeyd edək ki, E. Bağırov 2007-ci ildən Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
President.az