“Lex” – “Qarabağ” oyunun vaxtı dəqiqləşdi
Publika.az Polşa təmsilçisinin saytına istinadən xəbər verir ki, “Qarabağ”ın ilk matçı iyulun 5-də səfərdə olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cavab görüşü isə 1 həftə sonra Bakıda gerçəkləşəcək və saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.
Publika.az