Liberman: İsrail iqtisadi və hərbi xaos yaşayır
Sionist rejim mediaları Qəzzadakı müharibənin kredit reytinqinin aşağı düşməsinə səbəb olduğunu açıqlasa da, İsrailin keçmiş maliyyə naziri rejimin iqtisadi və hərbi xaos içində olduğundan xəbər verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Yediot Aharanot qəzeti bugünkü (13 avqust) sayında İsrailin beynəlxalq iqtisadi qurumlar tərəfindən kredit statusunun azalmasına işarə edərək, bu azalmanın əsas səbəbinin Qəzza zolağında müharibənin olduğunu açıqlayıb.
Məlumata görə, mövcud iqtisadi durummüharibənin davam etməsi İsrailin özünün təcili hərbi ehtiyacları üçün daha çox xərcləməsinə səbəb olacaq və bu, iqtisadiyyatın daha ağır vəziyyətə düşməsi ilə nəticələnəcək.
Aharanota görə, Fitch reytinq agentliyi İsrailin büdcə kəsirinin 2024-cü ildə ümumi ÜDM-in ən azı 7,8%-nə çatacağını və bu rəqəmin İsrail ordusunun xərclərinin artımının 1,5 səviyyəsində qalması şərti ilə olacağını proqnozlaşdırıb.
Lakin ekspertlərin fikrincə müharibənin davam etməsi ilə əlaqədar iqtisadi və təhlükəsizlik vəziyyətinin pisləşməsindən narahatlıq İsrailin dünya iqtisadiyyatında kredit mövqeyinin yaxın bir neçə həftə ərzində yenidən aşağı düşməsinə səbəb olub.