Liberman Netanyahunun Vaşinqtona səfərinin əsas məqsədini açıqladı

Liberman Netanyahunun Vaşinqtona səfərinin əsas məqsədini açıqladı

 “Bizim evimiz-İsrail” partiyasının sədri baş nazir Benyamin Netanyahunun Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşmək üçün səfərinin əsas məqsədini açıqlayıb.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Avidqor Liberman bu gün (4 fevral) Benyamin Netanyahunun Vaşinqtona səfərinin əsir mübadiləsi sazişinin ikinci mərhələsini pozmaq məqsədli olduğunu deyib.

Liberman deyib: Netanyahunun prioritetləri yalnız bir məsələyə yönəlib və bu, onun hakim koalisiyasının hakimiyyətdə qalmasıdır.

Digər bir məlumatda deyilir: Qəzzada atəşkəs ardıcıl üçüncü həftəyə daxil olduğu üçün işğalçılar Rəfəh və Xan Yunis kimi cənub bölgələrində atəşkəsi pozmağa davam edir. Qəzzanın şimalına qayıdan fələstinlilər məskən problemi yaşayır. Çünki sionistlər onlara hətta müvəqqəti çadır və yaxud konteynerlərdə qalmasına icazə vermir.

Qeyd edək ki, Netanyahu Trampla görüşmək üçün bazar günü Vaşinqtona səfər edib və bu rəsmi səfərin gələn cümə axşamına qədər davam edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − one =