“Linkoln” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Linkoln” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Linkoln” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma Latviyadan olan ədalət təmsilçilərinə həvalə edilib.

Matçın baş hakimi Referi Vitaliys Spasyonnikovs olacaq. Ona yan xətlərdə Raymonds Tatriks və Arturs Sakurovs kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufriyevs yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =