Lionel Messi qol sayında Peleni geridə qoyub

Lionel Messi qol sayında Peleni geridə qoyub

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.

Argentinalı hücumçu buna Belçika “Brügge”sinə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununda dubl etməklə nail olub.

34 yaşlı forvard qol sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleni geridə qoyub. Əfsanəvi oyunçunun aktivində 757 qol var.

Qeyd edək ki, Lionel Messi “Brügge” ilə matçın 38-ci və 76-cı dəqiqələrində fərqlənib.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =