Lionel Messi: “Ronaldu ilə rəqabət gözəl hekayə oldu”

Lionel Messi: “Ronaldu ilə rəqabət gözəl hekayə oldu”

Fransa PSJ-sinin futbolçusu Lionel Messi İngiltərənin “Mançester Yunayted” komandasında çıxış edən Kriştianu Ronaldu ilə rəqabətindən danışıb.

Argentinalı hücumçu “Marca” nəşrinə açıqlamasında 36 yaşlı forvardla eyni hədəflər uğrunda həm fərdi, həm də komanda səviyyəsində yarışdıqlarını bildirib.

Messinin sözlərinə görə, portuqaliyalı oyunçu ilə rəqabət özləri və azarkeşlər üçün çox gözəl hekayə oldu. “Bu xatirə futbol tarixində qalacaq”.

Qeyd edək ki, Lionel Messi ötən mövsümün sonunda İspaniya “Barselona”sını PSJ-yə dəyişib. Kriştianu Ronaldu isə bu ilin avqustunda İtaliya “Yuventus”undan “Mançester Yunayted”ə keçib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 9 =