“Lion”un ulduzunun evi qarət olunub

“Lion”un hücumçusu Aleksandr Lakazetin evi qarət olunub.
Oxu.Az xəbər verir ki, bu barədə “Le Proqres” məlumat yayıb.
Hadisə Fransa çempionatının 34-cü turu çərçivəsində keçirilən “Anje” ilə oyun günü baş verib.
Oğurlanmış əşyalar arasında qızıl-zinət, pul və bahalı dəridən hazırlanmış gödəkçələr olub. Zərərin ümumi məbləği 10 min avrodan çoxdur. Polis araşdırmaya başlayıb.
Qeyd edək ki, bir neçə gün öncə Lakazet mövsümün sonunda “Lion”dan ayrılacağını bildirmişdi.