Litva ABŞ-dan Baltikyanı ölkələrdəki HHQ-nı gücləndirməyi xahiş edib

Litva ABŞ-dan NATO Hərbi Hava Qüvvələrinin (HHQ) Baltikyanı ölkələrdəki qruplaşmasını gücləndirməyi xahiş edib.
APA xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas ABŞ HHQ-nin katibi Frenk Kendal ilə görüşündə deyib.
Nazir həmçinin Alyansın HHQ təlimlərinin intensivliyinin artırılması zəruriliyini bəyan edib.
Regionun hava məkanının təhlükəsizliyinin təmin edilməsində liderliyinə görə Anuşauskas ABŞ-a minnətdarlığını bildirib və həmçinin iyul ayında Vilnüsdə keçiriləcək sammitdə regiona əlavə HHQ yerləşdirilməsi məsələləri ilə bağlı ABŞ-ın dəstəyinə ümid etdiyini vurğulayıb.
Apa.az