Litva Belarusla sərhədi videonəzarət kameraları ilə qoruyacaq

Litva Belarusla sərhədi videonəzarət kameraları ilə qoruyacaq

Litva-Belarus sərhədinin mühəndis hasarla qorunan perimetri bu ilin sonunadək videonəzarət kameraları ilə təchiz olunacaq.

“Report” xəbər verir ki, bu barədə Litvanın daxili işlər naziri Aqne Bilotayte məlumat verib.

Onun sözlərinə görə, müvafiq işləri nazirliyin tərkibində olan Dövlət Sərhəd Xidməti həyata keçirəcək.

Nazir bildirib ki, hazırda Belarusla sərhədin 55%-i, Litvanın Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədinin 70%-i videonəzarət kameraları ilə təchiz olunub.

Litvanın Belarus və Rusiya ilə sərhədləri ilə üst-üstə düşən Avropa İttifaqının xarici sərhədlərində bu sistemlərin tətbiqi üçün Vilnüs Brüsseldən 70 milyon avro alıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =