Litva DİN Belarusla əməkdaşlığa son qoyub

Litva DİN Belarusla əməkdaşlığa son qoyub

Litvanın Daxili İşlər Nazirliyi (DİN) Belarus DİN-lə bağlanmış qarşılıqlı əməkdaşlıq haqda müqaviləyə son qoyub.

APA xəbər verir ki, bu barədə Litva daxili işlər naziri Aqne Bilotayte rəsmi “Twitter“ səhifəsində yazıb.

 “Litva Kreml rejiminin tərəfdaşı ilə əməkdaşlığı davam etdirməyin imkansız olduğunu qərara alıb”, – deyə nazir bildirib.

Xatırladaq ki, daha öncə Litva Prezidenti Qinatas Nauseda, Ukraynadakı vəziyyətlə bağlı rəsmi Minskə qarşı sanksiyaları daha da artırmağa çağırış etmişdi.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 12 =