Litva iki Belarus diplomatını ölkədən qovur
Litva hökuməti Belarus səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib.
Bu barədə respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Belarusun Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb. Ona iki səfirlik əməkdaşının persona non-qrata elan edilməsinə dair diplomatik nota verilib”, məlumatda deyilir.
Qeyd edilir ki, diplomatlar yeddi gün ərzində Litvanı tərk etmələridir.
SalamNews