Litva Ukraynada zədələnmiş “Leopard” tanklarını təmir edəcək
 
					Litva Ordusu Almaniyanın hərbi sənaye şirkətləri ilə birlikdə Ukraynada döyüşlər zamanı zədələnmiş “Leopard” tanklarını təmir edəcək.
Bu barədə Litva Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Bərpadan sonra tanklar Ukrayna Silahlı Qüvvələrinə qaytarılacaq.
 
			 
			 
			 
			 
			