Livan BMT TŞ-yə şikayət ünvanlayıb

Livan BMT TŞ-yə şikayət ünvanlayıb

Livanın Nyu-Yorkdakı Daimi Nümayəndəliyi iyulun 30-da İsrailin Beyrutun cənub ətrafına endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasına (TŞ) və təşkilatın baş katibi Antonio Quterreşə şikayət ünvanlayıb.

Bu barədə Livanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Livanın xarici işlər və miqrasiya naziri vəzifəsini icra edən Abdullah Bu Həbibin tapşırığı əsasında Livanın Nyu-Yorkdakı Daimi Nümayəndəliyi bu gün BMT Təhlükəsizlik Şurasına və baş katibinə İsrailin Beyrutun cənub ətrafına hücumuna görə şikayət ünvanlayıb”, – nazirliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 12 =