Livan cinayətkar qəssabı İraqa təhvil verdi

Livan cinayətkar qəssabı İraqa təhvil verdi

Livan hökuməti İraqın ölmüş diktatoru, Spyker cinayətinin qəssablarından biri olan “Səddamın” ögey qardaşının nəvəsini təhvil verib.

Məlumata görə, İraq təhlükəsizlik mənbəsi bildirib ki, ölkə Səddamın ögey qardaşının 2014-cü ildə İŞİD-in spiker cinayətində əli olan nəvəsini Livandan təhvil alıb.

Adının çəkilməsini istəməyən bu iraqlı mənbə bildirib ki, İraqın mərhum diktatorunun ögey qardaşının nəvəsi “Abdullah Əs-Səbavi” cümə günü İraqa təhvil verilib.

 “Əl-Qüdsul-Ərəbi” qəzetinin məlumatına görə, bu mənbə deyib: “Əs-Səbavi 2014-cü ildə İŞİD-in yüzlərlə İraq əsgər və zabitini qətlə yetirdiyi “Spayker” cinayətinin icraçılarından biridir.

Livanlı məhkəmə mənbəsi həmçinin bildirib ki, 1994-cü il təvəllüdlü Əs-Səbavi İraqın tələbi ilə İnterpolun həbs qərarına əsasən, 2022-ci il iyunun 11-də həbs edilib.

2014-cü il iyunun 14-də İŞİD terrorçuları tərəfindən törətdiyi spyker cinayəti İŞİD-in İraqda mövcudluğunun ən dəhşətli səhnələrindən biri hesab olunur və bu səhnənin illərdir bu ölkə xalqının yaddaşından silinməsi mümkün deyil. Bu cinayət Səlahəddin vilayətində baş verib. 2014-cü il iyunun 12-dən 15-dək davam edən bu hadisədə “Spiker” hərbi kollecinin bəzi tələbələri qaçmağa müvəffəq olub və İŞİD tərəfindən həbs edilən hərbçilərdən 1700 nəfəri də güllələnərək edam edilib.

Bu qurbanların çoxunun cəsədi hələ də tapılmayıb və zaman-zaman Spyker hadisəsi ilə əlaqəli Dəclə çayında bir neçə cəsəd tapılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =