Livan Həkimlər Birliyinin rəhbəri: Beş xəstəxana tamamilə yararsız vəziyyətə düşüb

Livan Həkimlər Birliyinin rəhbəri verdiyi açıqlamada bildirib ki, sionist rejimin bu ölkəyə hücumları zamanı beş xəstəxana tamamilə yararsız vəziyyətə düşərək xidmətdən çıxıb.
Yusif Baxaş Əl-Cəzirə telekanalına müsahibəsində əlavə edib: Sionist rejimin Livana təcavüzü zamanı 22 xəstəxanaya da ziyan dəyib.
O əlavə edib: İsrail (rejimi) istisnasız olaraq hər kəsi hədəf alır və səhiyyə sektoru bu rejimin hücumlarının birbaşa hədəfi olub və çox sayda tibb işçisi şəhid olub, yüzlərlə insan yaralanıb.
Baxaş deyib: Sionist rejim bu sektoru sıradan çıxarmaq məqsədi ilə bilərəkdən tibb infrastrukturunu və işçilərini hədəfə alır.
O əlavə edib: Livanın səhiyyə sektoru hazırda pis vəziyyətdədir və İsrail beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına hörmət etməlidir.