Livan Hizbullah döyüşçüsü şəhid oldu

Livan Hizbullah döyüşçüsü şəhid oldu

Livan Hizbullahı müqaviməti bir döyüşçüsünün şəhid olduğunu elan edib.

Əl Aləm telekanalının məlumatına görə, Livan Hizbullahı bu gün yaydığı bəyanatda 1982-ci ildə Livanın cənubunda yerləşən Kəfərkala təvəllüdlü döyüşçüsü “Əbu Zəhra” ləqəbli Məhəmməd Cəmil əl-Şaminin şəhid olduğunu elan edib.

Digər bir bəynatda isə Hizbullah bu hərəkatın üzvlərindən olan “Cabir” ləqəbli “Məhəmməd Hüseyn Mustafa Şahuri”nin Qüds yolunda şəhid olduğunu bildirib.

Bu xəbərə görə, 1994-cü il doğumlu “Məhəmməd Hüseyn Mustafa Şahuri” Livanın cənubundakı əl-Şəhəbiyyə kəndinin sakinidir.

Həmçinin, Livan Hizbullahının müttəfiqlərindən olan Əməl hərəkatı sionist rejimin Livanın cənubundakı “Ain Bəal” qəsəbəsinə hava hücumunda “Hüseyn Qasim Kirişt” adlı döyüşçülərindən birinin şəhadətini elan edib.

Xatırladaq ki, Livan Hizbullahı dünən Fələstinin şimalında yerləşən Qərbi Əl Cəlili bölgəsinin Ərəb əl-Əramişə məntəqəsində, sionist hərbçilərinin bir yığıncağını hədəf alaraq İsrail bazasına raket və pilotsuz təyyarə ilə hücum etmişdi.

Livan Hizbullahı həmçinin bu hücumun videogörüntülərini də sosial media vasitələri ilə ictimaiyyətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =