Livan Hizbullah fraksiyası: İmam Xomeyni məzlumların arzusunu yerinə yetirdi

Livan Hizbullah fraksiyası: İmam Xomeyni məzlumların arzusunu yerinə yetirdi

Livanın Hizbullaha bağlı “Əl-Vəfa Lil-Muqavimə” fraksiyası Fəcr ongünlüyündə yaydığı bəyanatda İmam Xamenei, İran xalqı və rəsmilərini təbrik edib.

Livan parlamentindəki Livan Hizbullahına bağlı “Əl-Vəfa Lil-Muqavimə” fraksiyası İmam Xomeyninin xatirəsini və adını yad edərək Fəcr ongünlüyü ilə bağlı bəyanat yayıb. Fraksiya bu münasibətlə Ali Rəhbəri, İran xalqı və rəsmilərini təbrik edib.

Əl-Əhd saytının məlumatına görə, Livan nümayəndəsi İhab Həmadənin oxuduğu bəyanatda İmam Xomeyninin məzlumların istəyini yerinə yetirdiyi və bunun İslam İnqilabının qələbəsi və İslam hökumətinin qurulması ilə təzahür etdiyi bildirilir.

Bəyanatının başqa bir hissəsində o, Livanın daxili siyasi məsələlərinə toxunaraq bildirib ki, Əl-Vafa Lil-Muqavimə” fraksiyası ilə Cibran Basilə bağlı Ət-Tiyarul-Vətaniyy fraksiyası arasında əldə olunan razılaşma hər iki tərəfin livanlılar arasındakı fikir ayrılıqlarının və münaqişələrin həllində müştərək ruhiyyəsini göstərir.

 “Milli Pakt” sazişi ilə bağlı istənilən pozuntunun Livanın maraqları üçün təhlükə olduğunu açıqlayıb. Həmadə həmçinin Nazirlər Kabinetinin yoxsulluğu aradan qaldırmaq və Livanın iqtisadi çətinliklərini yüngülləşdirmək məqsədilə yeni gəlir mənbələri yaratmaq üçün çalışmalarının vacibliyini vurğulayıb.

Livan nümayəndəsi daha sonra bildirib ki, düşmən müqavimət qruplarının müxaliflərini əlində açətə çevirib. Onlardan Livan və Livan xalqı ilə düşmənçilik etmək üçün istifadə edir və onlara sərmayə qoyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 4 =