Livan Hizbullahı Afrika Birliyinin sionist rejimə qarşı addımını alqışlayıb

Livan Hizbullahı Afrika Birliyinin sionist rejimə qarşı addımını alqışlayıb

Livanın Hizbullah hərəkatı bəyanatında Afrika Birliyinin sionist rejimin nümayəndə heyətinin bu birliyin iclasından çıxarılması istiqamətindəki addımını alqışlayıb.

Livan Hizbullahı bəyanatında Afrika Birliyinin Efiopiyanın paytaxtı Əddis-Əbəbədə bu birliyə üzv ölkələrin başçılarının iclasının 36-cı raundundan sionist heyətin çıxarılması ilə bağlı Afrika İttifaqının addımını yüksək qiymətləndirib.

Hizbullah öz bəyanatında Əlcəzairin Cənubi Afrika ilə əməkdaşlığı və bu addımla bağlı cəsur mövqeyini yüksək qiymətləndirib və bunun Əlcəzairin sionist düşmənlə münasibətlərin normallaşmasına qarşı milli mövqeyinin əsl təcəssümü olduğunu vurğulayıb.

Bu bəyanatda Əlcəzairin Fələstin məsələsinə tarixi dəstəyi və Fələstin xalqı və ərəb məsələlərinin daim yanında olması qeyd edilir.

Əl-Mənar kanalının məlumatına görə, Hizbullahın bəyanatında deyilir: “Efiopiyanın paytaxtında baş verənlər qəsbkar sionist rejimin varlığına qəti müxalifətçiliyi və bu rejimin xərçəng şişi kimi olduğunu, onu bölgənin bir hissəsi kimi qəbul etməyin qeyri-mümkünlüyünü göstərir.

Həmçinin, bu cinayətkar rejimlə münasibətlərin normallaşması ilə bağlı bütün cəhdlər sadəcə bir illüziyadır və xalqımız heç vaxt bununla razılaşmayacaq.

Sionist rejimin nümayəndə heyəti şənbə günü gizli şəkildə Afrika İttifaqının iclasına daxil olub və Birliyin təhlükəsizlik qüvvələri tərəfindən oradan qovulub. Sionist nümayəndə heyəti Afrika İttifaqı iclasının açılış sessiyasında iştirak etmək üçün dəvət edildiyini iddia etsə də heyəti üzvləri iddialarını sübut edə bilməyib və nəticədə iclasdan kənarlaşdırılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 5 =