Livan Hizbullahı ildönümü ilə bağlı açıqlama verdi

Livan Hizbullahı ildönümü ilə bağlı açıqlama verdi

Hizbullah Fələstin xalqına və onun şərəfli müqavimətinə dəstək üçün oktyabrın 8-də dəstək cəbhəsinin açılması qərarının həqiqət, ədalət və tam insanlıq lehinə qərar olduğunu bəyan edib.

Hizbullah Əl-Əqsa tufanı əməliyyatının ildönümü ilə bağlı verdiyi açıqlamada, “Bu gün Fələstin müqavimətinin təcavüz, haqsızlıq və ədalətsizliyə qarşı iradəsinin üzə çıxdığı, qəhrəmancasına Əl-Əqsa tufanı əməliyyatından düz bir il ötür. 1948-ci ildən bu məzlum xalq işğal altındadır” deyib.

Hizbullah vurğulayıb ki, işğalın sona çatması ilə ədalət bərqərar olunmayana və Fələstin xalqı dənizdən çaya qədər öz azad torpaqları üzərində qanuni hüquqlarını əldə edənə qədər bu prosesin bölgədəki ümumi vəziyyətə tarixi təsirləri və strateji nəticələri olacaq.

“Hizbullahın oktyabrın 8-də Fələstin xalqını və onun şərəfli müqavimətini dəstəkləmək üçün dəstək cəbhəsini açmaq qərarı həqiqət, ədalət və tam insanlıq lehinə olan qərar, həmçinin Livan və xalqını müdafiə etmək qərarıdır.

Düşmən qarşısıalınmaz qatil və aqressivliyini davam etdirir, lakin biz öz müqavimətimizin təcavüzü dəf etmək qabiliyyətinə, böyük və mətanətli xalqımızın səbrinə, qətiyyətinə və dözümlülüyünə əminik.

Çətinlikdən sonra asanlıq görürük. Məğlubiyyət vaxtı keçdi, Allahın köməyi çatdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =