Livan Hizbullahı: İsrail müharibə meydanını genişləndirmək fikrinə düşərsə, möhkəm cavab alacaq

Livan Hizbullahı: İsrail müharibə meydanını genişləndirmək fikrinə düşərsə, möhkəm cavab alacaq

Livan Hizbullahı baş katibinin müavini müqavimət qruplarının cənub bölgəsində sionist rejim əleyhinə əməliyyatlarını dayandırmayacağını qeyd edərək işğalçıların müharibəni genişləndirmək fikrinə düşdüyü təqdirdə Hizbullahın daha şiddətli və sərt cavabları ilə qarşılaşacaqlarını vurğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx Nəim Qasim deyib: Bəziləri Livan müqavimətini öz vəzifələrini yerinə yetirdikləri üçün qınayır. Amma əslində Fələstin xalqına heç bir dəstə verməyən bəzi islam və ərəb ölkələrini qınamaq lazımdır.

Şeyx Nəim Qasim müharbənin Livan Hizbullahının syasi vəzifələrinə zərrə qədər xələl gətirməyəcəyini xatırladaraq deyib: Fələstin xalqı əleyhinə beynəlxalq koalisiyalar qarşısında şərəflə öz vəzifəsini yetirənləri qınamaq düzgün deyil. Biz öz növbəmizdə Livanın cənubunda vəzifəmizi yerinə yetirir, var-qüvvəmizlə az da olsa fələstinlilərin çiyninə düşən yükün bir tərəfindən yapışıb onlara kömək etməyə çalışırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − four =