Livan Hizbullahı: Şəba tarlalarında işğalçıların müşahidə mərkəzini hədəfə aldıq
Livan Hizbullahı bəyanat yayaraq, sionist ordusunun işğal olunmuş Şəba tarlalarında müşahidə mərkəzini hədəfə aldığını elan edib.
Mehr Xəbər Agentliyinin Ən-Nəşrə-yə istinadən verdiyi məlumata görə, Livan Hizbullahı Livan və işğal olunmuş ərazilər arasında sərhəddə baş verən son münaqişələrlə bağlı bəyanat yayıb.
Livan Hizbullahı bu bəyanatda elan edib: Bu şənbə günü axşam islami müqavimət döyüşçüləri Livanın işğal olunmuş Şəba tarlalarında yerləşən “Bərəkə Ən-Nəqar” bölgəsində işğalçı Qüds Ordusunun müşahidə mərkəzini növbəti dəfə hədəfə alıblar.
Daha sonra Livan Hizbullahının bəyanatında deyilir: Bu mərkəz vuruldu və onun texniki və texnoloji avadanlıqlarının böyük bir hissəsi məhv edildi.
Bundan əvvəl Livan Hizbullahı başqa bir bəyanatında sionist rejimin hərbi mövqelərinə sarsıdıcı hücumlara toxunaraq deyib: Müqavimət Şəba tarlalarında İsrailin 5 hərbi mərkəzinə dəqiq və birbaşa zərbələr endirib. Müqavimət qüvvələri yerli vaxtla 3:15-də Şəba tarlalarında sionist rejimin hərbi mövqelərini hədəfə alıblar.
Biz idarə olunan raket və minaatanlarla Roysat Əl-Aləm, Səmaqeh, Zubeydin və Rəmsa radar mövqelərini hədəf aldıq.