Livan Hizbullahı sionist əsgərlərə hücum edib
Livan Hizbullahı işğal olunmuş ərazilərin şimalında sionist rejimin əsgərlərinə qarşı yeni hücumunu açıqlayıb.
Mehr Xəbər Agentliyinin Əl-Nəşrə-yə istinadən verdiyi məlumata görə, Livan Hizbullahı işğal olunmuş ərazilərin şimalında sionist rejimin əsgərlərinə qarşı yeni hücum həyata keçirdiyini elan edib.
Livan Hizbullahının Müharibə İnformasiya Departamenti bildirib: İslami Müqavimət döyüşçüləri Qəzza zolağında Fələstin xalqına və onların cəsur və nəcib müqavimətinə dəstək olaraq bu gün şənbə günü saat 19:40-da Təlləl-Qərəntinada düşmən əsgərlərinin mövqelərini hədəfə alıblar.
Bu yolla Livan Hizbullahının bu gün ərzində işğal olunmuş ərazilərin şimalında sionist rejim ordusunun mövqeləri və əsgərlərinə qarşı keçirdiyi əməliyyatların sayı 6 əməliyyata çatır.
Həmçinin İbrani mediası İordan Vadisi üzərindəki “Sirin” dağlarında pilotsuz təyyarənin qalıqlarınn tapıldığını bildirib və bu pilotsuz təyyarənin Livan Hizbullahına aid olduğunu açıqlayıb.
Digər tərəfdən, Əl-Məyadin-in Cənubi Livandakı müxbiri sionist ordu qırıcılarının Cənubi Livanın “Kəfrkəla”, “Maruhin” və “Misəl-Cəbəl” qəsəbələrinə hücumunu xəbər verib.
Sionist rejimin artilleriyası Livanın cənubundakı “Hula” şəhəri ətrafını atəşə tutub.