Livan Hizbullahının baş katibindən yaralılara videomüraciət

Livan Hizbullahının baş katibindən yaralılara videomüraciət

 Livan Hizbullahının baş katibi müqavimət hərəkatının yaralı üzvlərinə məktub yazaraq, onların şücaət və fədakarlıqlarını dəyərləndirib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, Şeyx Nəim Qasim bu gün (6 fevral) yaralı Hizbullah üzvlərinə ünvanladığı məktubda yazıb: Sizlər Kərbəla uğrunda fədakarlıq və şəhidlik zirvəsində İmam Hüseyn (ə) yolunun müdafiəçisi Əbül-Fəzl Abbasın (ə) davamçılarısınız.

Bu məktubun mətnində deyilir:

Mənim yaralı döyüşkən qardaşlarım, əziz kişilər, qadınlar və uşaqlar!

Salam olsun sizə ey diri şəhidlər, iman, cihad, vəlayət və müqavimət yolunda öz vəzifənizi tamamlamaq üçün şəhadət məqamına çatmış, lakin şəhid olmamısınız.

Allah yolunda cihad edənlər içərisində ən çox zərər gördünüz. Çünki zədələrinizin ağrısı sizi bir an belə tərk etməyəcək, amma səylərinizi və fədakarlıqlarınızı davam etdirməyə mane olmayacaq.

Siz Kərbəlada fədakarlıq, şəhadət və dinə və haqqa dəstək zirvəsində İmam Hüseyn (ə) yolunun müdafiəçisi Əbül-Fəzl Abbasın (ə) davamçısısınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =